Bakıda mənzildən kişi meyiti tapıldı
Digərləri 20 Fev 2021 17:53:06 141 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Son.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Kərimov Əsəd Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mənbə: milli.az