Qocalmanın qarşısını alan dərman tapdılar


Dünya 20 Fev 2021 18:05:00 122 0

Qocalmanın qarşısını alan dərman tapdılar

Yapon alimləri qocalığı dayandıran və orqanizmi cavanlaşdıran dərmanı tapıblar.

Son.az azpost.info-ya istinadən bildirir ki, bu barədə Tokio universitetinin tibb professoru Makato Nakanisi müsahibəsində deyib. Onun sözlərinə görə, 5-10 ildən sonra bu dərmanın tətbiqi başlana bilər.

Yaş artdıqca insan və ya heyvan orqanlarında iltihab prosesini başladan hüceyrələr yığılır. Belə hüceyrələrdən biri də qocalmış, yaxud senesent hüceyrələrdir. Məhz onlar vaxt ötdükcə bölünmə qabiliyətlərini itirir, orqanlarda yığılır və qocalmağa gətirib çıxarır: "Əgər bu hüceyrələri aradan götürə bilsək iltihab prosesini dayandıra bilərik. Bu qocalıq simptomlarının yaxşılaşdırmaq deməkdir".

Onlar aydınlaşdırıblar ki, qocalıq hüceyrəsi qlutaminə və ya qlutamin turşusuna çevrilən GLS1 fermentinə möhtacdır. Əgər bu fermentin inqibatorunu istifadə etsək qocalığı yaradan hüceyrələri məhv etmək olar.

Bu ehtimalı testdən keçirmək üçün alimlər xərçəngin bəzi növü üçün istifadə edilən GLS1 fermentini yaşlı siçana vurublar. Nəticədə siçanda böyrəklər, ciyər və qaraciyər yaxşı işləməyə başlayıb. Orqanizm isə möhkəmlənib.