"Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidir"


Siyasət 20 Fev 2021 16:48:00 57 0

"Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidir"

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu Ermənistan ordusunu darma-dağın edərək təslim aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəaları əsasən yerinə yetirilir. Ancaq Ermənistan hələ Azərbaycan ərazisinin bir hissəsində hərbi qüvvələrinin və burda yaradılmış qeyri-qanuni rejimin saxlanması məqsədilə fəaliyyətini davam etdirir, öz mövqeyini Azərbaycana qarşı yalan, böhtan və saxta məlumatlarla "əsaslandırmağa" çalışır.

Son.az bildirir ki, bunu Trend-ə deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, ölkəmizi hərbi təcavüz törətməkdə, mülki əhalini hədəfə almaqda, hərbi cinayyətlər və insanlığa qarşı cinayətlər törətməkdə, hərbi əsirləri saxlamaqda ittiham edir. Belə yalan, böhtanla dolu saxta məlumatları Avropa ölkələrinin hakim dairələri arasında və beynəlxalq təşkilatlarda yaymaqla Ermənistanın lobbiçi-təbliğat maşını "Dağlıq Qarabağın" statusunun müəyyən edilməsinin vacibliyi adı altında Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına yönələn yeni kampaniyaya dəstək qazanmağa çalışır:

""Dağlıq Qarabağın" statusunun müəyyən edilməsi ideyasının dəstəklənməsi Azərbaycan tərəfindən separatçılığa dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcəkdir. Azərbaycan bütün maraqlı tərəfləri 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsinə dəstək verməyə çağırır. Ermənistan və onun havadarları bilməlidirlər ki, "Dağlıq Qarabağın" statusu deyilən bir məsələ artıq yoxdur.

Ermənistan 10 noyabr tarixli bəyanatda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməli, o cümlədən Azərbaycan ərazisinə diversiya-terrorçu qruplarını göndərməyi dayandırmalı, hərbi əsirləri, saxlanan şəxsləri və həlak olmuş hərbçilərin cəsədlərini qaytarmaqla bağlı öz öhdəliklərini tam şəkildə yerinə yetirməli, Azərbaycan ərazisində öz hərbi qüvvələrinin saxlanılması və təmin olunması üçün Laçın dəhlizindən istifadə etməyə son qoyulmalıdır. Laçın dəhlizi ancaq hümanitar məqsədlər üçün istifadə olunmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 dekabr 2020-ci il tarixdə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə onların müraciətlərinə əsasən keçirilən görüşdə qeyd etmişdir ki, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan xalqının əzmi, həmrəyliyi, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub".

İbrahim yeni görünüşü üçün 100 min xərcləyib like
  • 20 Fev 16:41  
Digərləri İbrahim yeni görünüşü üçün 100 min xərcləyib

Ötən gün yeni imici ilə gündəmə gələn türkiyəli müğənni İbrahim T

arrow Ətraflı
Rusiyada son sutkada koronavirusdan 480 nəfər ölüb like
  • 20 Fev 16:28  
Dünya Rusiyada son sutkada koronavirusdan 480 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 12 953 nəfər yeni növ koronavirus (COVID-19

arrow Ətraflı
Evindən və üzərindən heroin tapıldı like
  • 20 Fev 16:22  
Kriminal Evindən və üzərindən heroin tapıldı

Gəncə sakinində narkotik aşkarlanıb.

arrow Ətraflı
Bakıda əməliyyat: “Makarov” tapançası gəzdirən 2 nəfər saxlanıldı like
  • 20 Fev 16:15  
Kriminal Bakıda əməliyyat: “Makarov” tapançası gəzdirən 2 nəfər saxlanıldı

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının daxi

arrow Ətraflı
Belarusda Azərbaycan pavilyonu maraqla qarşılandı  FOTO like
  • 20 Fev 16:09  
Kriminal Belarusda Azərbaycan pavilyonu maraqla qarşılandı FOTO

Belarusda 28-ci Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

arrow Ətraflı
Neft bazarı “qızışır”, qiymətlər daha nə qədər yüksələ bilər? like
  • 20 Fev 16:02  
Digərləri Neft bazarı “qızışır”, qiymətlər daha nə qədər yüksələ bilər?

Analitiklər bahalaşmanın uzunmüddətli olmayacağı qənaətindədirlər

arrow Ətraflı
Rus ailələri Azərbaycanın azad edilmiş ərazilərindəki doğma evlərinə qayıtmaq istəyir like
  • 20 Fev 16:01  
Digərləri Rus ailələri Azərbaycanın azad edilmiş ərazilərindəki doğma evlərinə qayıtmaq istəyir

Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra bir neçə rus ail

arrow Ətraflı
Dərs cədvəli məktəb səviyyəsində tərtib edilir like
  • 20 Fev 15:59  
Digərləri Dərs cədvəli məktəb səviyyəsində tərtib edilir

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama verib.

arrow Ətraflı
Rusiyada 7 nəfər yeni növ quş qripinə yoluxub like
  • 20 Fev 15:58  
Dünya Rusiyada 7 nəfər yeni növ quş qripinə yoluxub

Rusiyanın cənubunda quşçuluq fermalarının birində 7 nəfər quş qripinə

arrow Ətraflı
Narkotikə görə həbs edilmiş atasına heroin gətirdi like
  • 20 Fev 15:56  
Kriminal Narkotikə görə həbs edilmiş atasına heroin gətirdi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-ax

arrow Ətraflı
Türkiyədə bağ evində dəhsət: like
  • 20 Fev 15:54  
Dünya Türkiyədə bağ evində dəhsət:

Nevşehirin Derinkuyu mahalında 18-30 yaşlı 5 kişi 27 yaşlı qadına təca

arrow Ətraflı
Qazi Murad Həsənov yüksək texnologiyalı protezlə təmin edilir like
  • 20 Fev 15:49  
Digərləri Qazi Murad Həsənov yüksək texnologiyalı protezlə təmin edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Vətə

arrow Ətraflı
Azərbaycan vətəndaşları bu şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gedə bilməzlər like
  • 20 Fev 15:48  
Digərləri Azərbaycan vətəndaşları bu şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gedə bilməzlər

Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, h

arrow Ətraflı
Lavrov Böyük Turandan danışdı like
  • 20 Fev 15:43  
Dünya Lavrov Böyük Turandan danışdı

Rusiya XİN başçısı Sergey Lavrov "RBK" kanalına müsahibə verib

arrow Ətraflı
Azərbaycan əhalisinə XƏBƏRDARLIQ: like
  • 20 Fev 15:42  
Digərləri Azərbaycan əhalisinə XƏBƏRDARLIQ:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən v

arrow Ətraflı