Bakıda əməliyyat: “Makarov” tapançası gəzdirən 2 nəfər saxlanıldı


Kriminal 20 Fev 2021 16:15:00 150 0

Bakıda əməliyyat: “Makarov” tapançası gəzdirən 2 nəfər saxlanıldı

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E. Fərəcov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan "Makarov" markalı tapança və 7 ədəd patron aşkar edilərək götürülüb.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M. Nadirovun Bakı şəhərində yaşadığı mənzilə baxış zamanı oradan "Makarov" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.