Dərs cədvəli məktəb səviyyəsində tərtib edilir


Digərləri 20 Fev 2021 15:59:00 130 0

Dərs cədvəli məktəb səviyyəsində tərtib edilir

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama verib.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "Facebook" hesabında dərs cədvəlinin məktəb səviyyəsində tərtib edildiyini yazıb.

Nazirlik rəsmisi bildirib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.