Azərbaycanla Turkiyə arasında ötən gün imzalanan sənədlərin siyahısı FOTO
Siyasət 20 Fev 2021 13:49:41 39 0
Nazirlər Kabineti Ankarada fevralın19-da keçirilən Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının sonunda iqtisadi əməkdaşlığa dair imzalanan sənədlərin siyahısını açıqalyıb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyevdən jurnalistin sualına sərt reaksiya: Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir
Son.az bu barədə Nazirlər Kabinetinə itinadən məlumat verir.
Həmin sənədlər aşağıdakılardır:
- Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;
- Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
- Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;
- Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Azərbaycan-Turkiyə iqtisadi əməkdaşlığına dair fəaliyyət planını Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay imzalayıblar.
İmzalamadan sonra Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay mətbuata açıqlama ilə çıxış ediblər.
Qeyd edək ki, iclasda 8-ci iclasda qəbul olunmuş qərarların həyata keçirilməsinin vəziyyəti müsbət qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə Prezidentlərinin müəyyənləşdirdiyi 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq haqda tapşırığı həyata keçirmək əsas hədəfdir.
Növbəti illərdə iqtisadi və ticarət əlaqələrini sürətləndirməyin yolları müzakirə olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə y

Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Mərkəzi Xəstəxanası

Rusiyada üçüncü koronavirus vaksini, "Kovivak" qeydiyyata alınıb

Bu günün dərslikləri informasiya mənbəyindən daha

Müdafiə Nazirliyi Qubadlı rayonunun Həmzəli kəndindən videogörüntülər

Rusiya prezidenti Vladimir Putin dünən 62 general və admiral rütbəsinin ver

Bakıda daş karxanasında havaya atəş açan və 2 nəfəri döyən şəxs sax

"Əməkdar jurnalist", Azərbaycan Yazıçılar Birliyinin üzvü şai

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

BƏƏ-nin baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

Fevralın 21-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı
