İsveç parlamentinə Xocalı soyqırımını tanımağa çağıran bəyanat göndərildi
Siyasət 20 Fev 2021 12:08:00 62 0
İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) ölkə parlamentini (Riksdaq) ötən əsrin sonlarında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını tanımağa çağırıb.
Bu xəbəri də oxu: Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, SAF-ın sədri Sevda Dadaşovanın imzası ilə İsveç Riksdağına ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Xocalı soyqırımı nəticəsində 613 dinc sakinin (qadın, uşaq və qocalar olmaqla) öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin itkin düşdüyü nəzərə çatdırılıb.
Qeyd edilib ki, bır sıra ölkələr, o cümlədən ABŞ-ın 22 ştatı tərəfindən Xocalı soyqırımı tanınıb.
Bildirilib ki, isveçli parlamentarilərə müraciətin əsas məqsədi yerli ictimaiyyətə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermək, bu qanlı cinayətə hüquqi və siyasi qiymət verilməsinə nail olmaqdır. Bu bəyanat ölkənin siyasi partiyalarına da göndərilib.
"Qaçqınkom"un keçmiş sədrinin talanan vəsaitlərin 15 milyonunu geri qayta

Ötən yay bağ evini nümayiş etdirməklə gündəmə gələn aparıcı Vüsal

Türkiyədə koronavirusa qarşı peyvəndlənənlərin sayı 6,5 milyon nəfər

Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə iş

"Ali təhsil haqqında" qanun ali təhsil sisteminin beyn

Tovuz rayonunda 2-ci kurs tələbəsi özünü asaraq intihar edib.

Təhsil müəssisələrində "Microsoft Teams" platf

44 günlük Vətən Müharibəsi nəticəsində təhsilimiz həm yeri do

Türkiyəli aktrisa Bergüzar Korel sosial şəbəkə hesablarında ismarış v

"Qanunda birbaşa hicabla bağlı qadağa yoxdur, qadağa olmayan yerdə isə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası H

Myanmada Vikipediya onlayn ensiklopediyasına giriş bloklanıb.

Hər zaman idman üslubunda geyinən türkiyəli aktrisa Hazal Filiz Küçükkö

Barselonada şəhər polisi terroru təbliğ etməkdə və Krala qarşı təhqir
