Azərbaycan və Türkiyə arasında imzalanan daha bir saziş qüvvəyə mindi


Siyasət 20 Fev 2021 10:44:00 131 0

Azərbaycan və Türkiyə arasında imzalanan daha bir saziş qüvvəyə mindi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş"i təsdiqləyib.

Son.az Trend-ə istinadən bildirir ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanan saziş bu gündən qüvvəyə minib.

Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.