İntim fotolarda özünü tanımayan qadın qısqanclıqdan ərini bıçaqladı FOTO
Digərləri 28 Yan 2021 08:48:00 121 0
Ərinin telefonunda intim şəkillər tapan qadın qısqanclıqdan onu bıçaqlayıb. Bu o qədər sürətli baş verib ki, kişi telefondakı qadının əslində elə onun özü olduğunu deməyə imkan tapmayıb.
"New York Daily News"un məlumatına görə, hadisə Meksikada baş verib.
Bildirilir ki, şəkillər bir neçə il əvvəl çəkilib. Maraqlıdır ki, görüntüləri elə qadının özü elektron poçt vasitəsilə ərinə göndərib. Arxivləri araşdırarkən kişi bu məktubu tapıb və şəkilləri telefonuna yükləyib.
Kişi bir neçə bıçaq zərbəsi aldıqdan sonra birtəhər arvadını tərksilah etməyi bacarıb. O, qadını sakitləşdirərək hər şeyi izah edib.
Davanın səsini eşidən qonşular isə bu müddətdə təcili yardım və polis çağırıblar.
Mənbə: milli.az