Daban(karas) balığının faydaları


Digərləri 28 Yan 2021 07:41:00 141 0

Daban(karas) balığının faydaları

Daban balığı sürü şəklində yaşayan balıqlardandır. Onun kürək hissəsində olan üzgəcləri uzun və sıx olur. Daban balığının rəngi yaşadığı mühitin rəngindən asılı olaraq dəyişə bilir. Qızılı rəngdə olan daban balığının uzunluğu 50 sm, çəkisi isə 3 kq-a yaxın olur. Gümüşü rəngdə olan daban balığı 40 sm, çəkisi isə 2 kq olur. Bəzi hallarda daban balığının 60 sm ölçüdə və 7-8 kq çəkidə olan növünə də rast gəlmək olur. Bunun səbəbi isə bu balıq növünün yaxşı qidalı mühitdə yaşamaları olur. Qızılı rəngdə olan daban balığının çoxalma dövru onların həyatının 3-4 illərində başlayır. Çoxalma yaz aylarında baş verir. Bu zaman qızılı daban balığı 300 minə yaxın kürü tökür. Suda donuşluq baş verdikdə bu balıq daha da dərinliklərə baş vurur və donuşluğun aradan qalxmasını gözləyir. Daban balığı isti sularda yaşamağı sevən balıqdır. Daban balığının kaloriliyi Daban balığının tərkibində zülallar, yağlar və mikroelementlər var. 100 qram təzə daban balığının tərkibində 87 kKal var. Onu qızartdıqda isə bu miqdar daha da artır. Ondan az miqdarda istifadə etmək kökəlməyə səbəb olmur. 100 qram daban balığının qida dəyəri: - Zülallar - 17,7 qr - Yağlar - 1,8 qr - Su - 79 qr - Kaloriliyi - 87 kKal. Onun yağlılığı çəkisinin 6-7%-i, züllalla zənginliyi isə ümumi çəkisinin 18%-ini təşkil edir. Bu balığın tərkibində olan vitaminlərin demək olar ki, hamısı yağda həll olan (A, C, D, E və s.) vitaminlərdir. Daban balığının əti yod, marqanes, sink və dəniz mineralları ilə zəngindir. Bu balığın ətində yüksək keyfiyyətli zülallar var. Bu zülalların tərkibi isə süzülməmiş yağ turşuları ilə zəngindir. Uşaq yaşlarından daban balığı çox yeyən böyüdükdə elmi bilikləri asan qavrayır. Onun tərkibindəkilər digər balıqlarla müqayisədə əqli inkişafın iki dəfə yüksək olmasına səbəb olur. Daban balığı uşaqların zehni və əqli inkişafının inkişaf eləməsinə səbəb olur. Uşağın normal böyüməsi üçün həftədə ən azı bir dəfə daban balığı yeməsi lazımdır. Hamilə və südəmizdirən qadınlara daban balığı yemək çox faydalıdır. Bu balığın tərkibində olan yağlar uşağın beyninin yaxşı inkişaf etməsinə səbəb olur. Daban balığının tərkibində olan omeqa yağları ana bətnində olan uşağın beyin hüceyrələrini yaxşı inkişaf etdirir. Daban balığının zərərli xüsusiyyətləri Həddindən çox daban balığı yemək artıq çəkinin əmələ gəlməsinə səbəb olur.