Aspir yağının faydaları


Digərləri 28 Yan 2021 07:21:00 64 0

Aspir yağının faydaları

Aspir yağı açıq sarı və ya sarının yaşıla çaları rəngində olur. Onu rəngli aspir çiçəyi toxumlarının sıxılması yolu ilə əldə edirlər. Bu çiçək astrakimilər fəsiləsinə aiddir və yayın sonlarında və payızın əvvəlləırində çiçək açır. Bu çiçəyə ən çox Krım, Qafqaz, Misir, İspaniya, Amerika və Afrikada rast gəlinir. Onun çiçəklərindən alınan rəngdən ən çox qida sənayesində karamellərin hazırlanması üçün istifadə edilir. Ən keyfiyyətli aspir yağı soyuq sıxılma vasitə ilə əldə edilmiş aspir yağı hesab edilir. Aspir çiçəyindən iki növ yağ əldə edilir. Birinci növ yağ təmizlənməmiş aspir toxumlarından əldə edilir. Bu yağdan texniki vasitələr üçün istifadə edilir. İkinci növ aspir yağı isə tam təmizlənmiş aspir toxumlarından əldə edilir. Bu yağ kulinariya sənayesində bir çox məqsədlərlə istifadə olunur. Tərkibinin günəbaxan yağının tərkibinə yaxın olduğu üçün güəbaxan yağının istifadə edildiyi bütün sahələrdə aspir yağından istifadə olunur. Faydalı tərkibi Aspir yağının əsas tərkibini linolen turşusu təşkil edir.Bu yağın az hissəsi E vitamini, palmit və olein yağından ibarətdir. Bu bitki tərkibli yağın tərkibində K vitamini vardır ki, bu da damar divarlarının möhkəmliyi üçün vacib amillərdən sayılır. Aspir yağının tərkibində skvalen yoxdur. Müalicəvi və faydalı xüsusiyyətləri Aspir yağının tərkibi əvəzolunmaz turşular və elementlərlə zəngindir. O dərinin epidermis qatından asan sorulur. Tərkibində olan K vitamini kapilyar damarların möhkəmlənməsinə, kapilyarlarda baş verən qanslzmaların qarşısının alınmasına səbəb olur. Gündəlik qida rasionuna aspir yağı əlavə etmək orqanizmin arıqlamasına, qan damarlarının təmizlənməsinə, ürəyin möhkəmlənməsinə, saçların və dərinin strukturunun sağlamlaşmasına səbəb olur. Aspir yağı şəkərli diabet xəstələrinin artıq çəkidən xilas olmasına səbəb olur. Bu yağdan istifadə etmək onların qanında şəkərin miqdarını normallaşdırır. II tip şəkərli diabet xəstələri 4 ay, gün ərzində 8 qram aspir yağı yedikdə onların qanında şəkərin miqdarı aşağı düşür və orqanizmdə baş verən iltihabi proseslər aradan qalxır. Qədim zamanlarda aspir yağından qan dövranının pozulmaları zamanı istifadə edilib. Bu yağ qan laxtalanmasının azalmasına, qan dövranının yaxşılaşmasına səbəb olur. Aybaşı gecikmələri, travmalar və hamiləliyin planlı surətdə pozulması üçün qədimdə aspir yağından istifadə olunub. Buna görə də hamilələrə aspir yağı yemək qəti qadağan olunur. Aspir yağı əvəzolunmaz dietik yağlardandır. O orqanizmdə yığılıb qalmış piy toxumalarının əriməsinə səbəb olur. Onun tərkibində olan K vitamini qırmızı qan hüceyrələrinin artmasına səbəb olur. Aspir yağının tərkibində zülallar və karbohidratlar yoxdur. O ən az karbohidratlı yağlardandır. Bu səbəblərinə görə aspir yağı son illərin ən məşhur yağlarındandır. Arıqlamaq istəyənlər qida rasionlarına aspir yağı əlavə etməklə çəkilərini azalda bilərlər. Hər gün az miqdarda aspir yağı yemək orqanizmdə yığılıb qalmış piylərin əriməsinə və çəkinin azalmasına səbəb olur. Aspir dietası ilə qısa zamanda artıq piylərdən xilas olmaq mümkündür. Kosmetologiyada tətbiqi Tərkibində olan E vitamini quru dərinin yumşalmasına səbəb olur. Ondan qocalma əleyhinə quru dərilər üçün kremlərin hazırlanmasında istifadə edilir. Aspir yağı dəridəki ölü toxumaların xaric olunmasını sürətləndirir, yeni toxumaların əmələ gəlməsinə səbəb olur. O dərini cavanlaşdırır, dərialtı kapilyarların fəaliyyəıtini artırır, dəridəki piy vəzlərinin fəaliyyətini normsallaşdırır. Aspir yağından losyonların, kremlərin, şampunların, gün kremlərinin hazırlanmasında geniş istifadə edilir.Tərkibində olan yarımdoymamış turşular saçların kimyəvi rənglənmədən sonra strukturunun bərpa olunmasına səbəb olur. Aspir yağının zərərli xüsusiyyətləri Aspir yağının tərkibindəkilər orqanizmə zərər verə bilir. Ondan az miqdarda istifadə etmək lazımdır. Aspir yağından istifadə etdikdə baş hərlənməsi, ürəkbulanma, baş ağrıları və iştahsızlıq meydana çıxa bilər. Çoxlu miqdarda aspir yağı qəbul etmək qarın və döş boşluğunda ağrıların meydana çıxmasına, təngnəfəsliyə, qan azlığına, maddələr mübadiləsinin pozulmasına səbəb olur. Hamiləlik zamanı aspir yağından istifadə etmək məsləhət görülmür. Bu uşaqlığa qan axınının çoxalmasına və uşaqsalmaya səbəb ola bilər.

Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu like
  • 28 Yan 07:15  
Dünya Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu

Vashington Səudiyyə Ərəbistanının bölgədə attığı siyasi addımları

arrow Ətraflı
Arqan yağının faydaları like
  • 28 Yan 07:11  
Digərləri Arqan yağının faydaları

Arqan yağı unikal xüsusiyyətlərə malik olan arqan ağacının meyvəsinin

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb like
  • 28 Yan 07:05  
Dünya Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 468 mindən çox a

arrow Ətraflı
Kinoa haqqında like
  • 28 Yan 07:01  
Digərləri Kinoa haqqında

Kinoa Cənubi Amerika və And dağlarında bitən kinao bitkisinin dənləridir.

arrow Ətraflı
Bu xanımlar gözəllikləri ilə diktatorların AĞLINI BAŞINDAN ALDILAR like
  • 28 Yan 01:00  
Dünya Bu xanımlar gözəllikləri ilə diktatorların AĞLINI BAŞINDAN ALDILAR

"Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən, ya da

arrow Ətraflı
Günün qoroskopu: Tələsik və düşünülməmiş addımlar atmayın like
  • 28 Yan 00:01  
Digərləri Günün qoroskopu: Tələsik və düşünülməmiş addımlar atmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
FED uçot dərəcəsini 00,25 faiz səviyyəsində saxlayıb like
  • 27 Yan 23:33  
Dünya FED uçot dərəcəsini 00,25 faiz səviyyəsində saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25% arasında sabit s

arrow Ətraflı
Bill Qeyts: "Növbəti pandemiya on dəfə daha ağır ola bilər" like
  • 27 Yan 23:25  
Dünya Bill Qeyts: "Növbəti pandemiya on dəfə daha ağır ola bilər"

"Microsoft" şirkətinin təsisçisi, xeyriyyəçi, dünyanın ən var

arrow Ətraflı
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!  Prezident növbəti tapşırıqlarını verdi like
  • 27 Yan 23:18  
Siyasət Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! Prezident növbəti tapşırıqlarını verdi

Prezident İlham Əliyev Aydın Kərimovu Azərbaycan Respublikası Prezidentini

arrow Ətraflı
Ərdoğan İlon Mask ilə telefonla danışıb like
  • 27 Yan 23:04  
Dünya Ərdoğan İlon Mask ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "SpaceX" şirk

arrow Ətraflı
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb like
  • 27 Yan 22:56  
Dünya Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 132

arrow Ətraflı