Məktəblərdə davamiyyət necə olacaq?


Digərləri 27 Yan 2021 12:05:01 131 0

Məktəblərdə davamiyyət necə olacaq?

Siniflərdə şagird sıxlığı az olsa belə, Bakı, Sumqayıt və Abşeronda fevralın 1-dən ibtidai sinif şagirdləri üçün dərslər həftədə 3 dəfə olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bölgələrdə siniflərdə şagird sayı çoxdursa, o halda sinif iki qrupa bölünəcək. Sinif şagirdlərinin sayı hər partada bir nəfərin oturmasına imkan verirsə, həmin siniflər məktəbə 5 dəfə gedə biləcəklər.

V.Yaqublu qeyd edib ki, məktəblərdə qaydalara əməl edilmə vəziyyətinin öyrənilməsi üçün daimi monitorinq aparılacaq.