Daha 31 hərbçinin cəsədi Ermənistana təhvil verildi


Siyasət 27 Yan 2021 10:41:00 112 0

Daha 31 hərbçinin cəsədi Ermənistana təhvil verildi

Azərbaycan tərəfi Füzuli bölgəsində daha 31 hərbçinin cəsədinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

İlkin məlumatlara görə, təhvil verilənlər ehtiyatda olanlardır. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.