İsveçdə koronavirusun Britaniya və Cənubi Afrika ştammları qeydə alınıb


Dünya 27 Yan 2021 07:55:00 92 0

İsveçdə koronavirusun Britaniya və Cənubi Afrika ştammları qeydə alınıb

İsveçdə koronavirusun Britaniya və Cənubi Afrika ştammları qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Stokholmda səhiyyə orqanlarının növbəti mətbuat konfransı keçirilib və tədbirdə ölkədə koronavirusun Britaniya və Cənubi Afrika variantlarına yoluxma hallarının aşkarlandığı bildirilib.

Tədbirdə çıxış edən baş dövlət epidemioloqu Anders Teqnellin sözlərinə görə, ümumilikdə, İsveçdə yeni infeksiyalar arasında bir qədər azalma müşahidə olunur. Lakin ölkədə ilk dəfə olaraq koronavirusun Britaniya ştammına 96 yoluxma halı aşkar edilib. Bundan başqa, ölkədə COVID-19-un Cənubi Afrika ştammına 3 yoluxma qeydə alınıb.