“Nokia” ucuz smartfon təqdim edəcək


Digərləri 26 Yan 2021 22:30:00 143 0

“Nokia” ucuz smartfon təqdim edəcək

Finlandiyanın elektronika istehsalçısı sadə texniki imkanlara malik ucuz "Nokia 1.4" smartfonunu hazırlayır. Bu haqda "MySmartPrice" nəşri insayderlərə istinadən məlumat verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Nokia 1.4" aparatı ötənilki "Nokia 1.3"ü əvəz edəcək. Yeni smartfon HD təsvir ölçülü böyük ekran və adı naməlum saxlanılan dördnüvəli prosessorla təchiz ediləcək. "Nokia 1.4" modeli 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malik olacaq. Smartfona 4000 milliamper/saat tutumlu akkumulyator və ikiqat arxa kamera quraşdırılacaq.

Cihaz sadələşdirilmiş "Android Go Edition" sisteminin idarəetməsi altında işləyəcək. Yaxın vaxtlarda təqdim edilməsi gözlənilən smartfonun qiyməti təxminən 100 avro təşkil edəcək.