“ASUS” və “MSI” şirkətləri ötən il rekord həcmdə oyun noutbuku tədarük ediblər


Digərləri 26 Yan 2021 21:50:00 110 0

“ASUS” və “MSI” şirkətləri ötən il rekord həcmdə oyun noutbuku tədarük ediblər

"Asustek Computer" və "Micro-Star International" (MSI) şirkətləri 2020-ci ildə rekord həcmdə yüksək sinifli oyun noutbuku tədarük ediblər. Hər iki Tayvan istehsalçısı qurğuların tədarükünün 2021-ci ilin birinci yarısında da artmaqda davam edəcəyinə ümid edir. Bu barədə "DigiTimes" analitik şirkətinin sahə üzrə mənbələrə istinadən məlumatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, qiymətləndirməyə görə, "MSI" və "ASUS" ötən il dünya üzrə 899 dollar və daha bahalı qiymətdə 1,4-1,45 milyon oyun noutbuku tədarük edib. 2019-cu illə müqayisədə qurğuların tədarükü 30-40 faiz artıb.

"Nvidia" şirkətinin məlumatına görə, bu il satışa "GeForce RTX 30" seriyalı videokartlarla təchiz edilən və 999 dollardan başlayan qiymətlərlə ən azı 70 oyun noutbuk modeli çıxarılacaq. Gözlənilən yeni qurğular arasında "GeForce RTX 3080" qrafik kartları və "Intel Core i913" prosessorları ilə təchiz edilən 13 "MSI" noutbuku, eləcə də müasir "Wi-Fi 6E" simsiz rabitə standartı dəstəkli yüksək məhsuldarlığa malik "GE76 Raider Dragon Edition" modeli yer alıb. Qurğuların qiyməti 1699-3000 dollar arasında dəyişəcək.

2020-ci ilin yekunları üzrə "MSI" şirkətinin gəliri 146,5 milyard Tayvan dollarına (5,2 milyard ABŞ dolları) çatıb ki, bu da 2019-cu ilin nəticəsinin 21,6 faiz üstələyir. "ASUS" saytında yerləşdirilən məlumata görə, şirkətin konsolidasiya edilmiş mədaxili 18 faiz artaraq 413 milyard Tayvan dolları (14,7 milyard ABŞ dolları) təşkil edib.