"Elə bil toy başlayanda bunlara on dəvət birdən gələcək"


Şou-biznes 26 Yan 2021 18:24:00 145 0

"Elə bil toy başlayanda bunlara on dəvət birdən gələcək"

"İndi camaat ancaq iki söz deyir: pandemiya nə vaxt bitəcək? Toylar nə vaxt başlayır?".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Niyam Salami "Hər səhər Mətanətlə" proqramında deyib. Sənətçi həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:

"Oturub ancaq toydan danışırlar. Toydan qabaq bizim görəcək işlərimiz var. Elə bil toy açılan kimi bunlara on dəvət gələcək. Camaatın cibində pul var ki, toy edə? Hələ bir camaat işləsin pul qazansın, sonra toy etsin".