Suriyadakı zəlzələ Türkiyədə hiss edildi


Dünya 26 Yan 2021 17:44:00 119 0

Suriyadakı zəlzələ Türkiyədə hiss edildi

Türkiyənin Diyarbakır şəhəri və ətraf bölgələrində 5,2 bal gücündə zəlzələ hiss edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Saat 14:17-də baş verən zəlzələnin episentrinin Suriyanın Əl-Həsəkə şəhərində, hiposentrinin isə 11,76 kilometr dərinlikdə yerləşdiyi bildirilib.

Dağıntılar və itkilər barədə hər hansı məlumat yoxdur.