Gürcüstanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib


Siyasət 26 Yan 2021 16:09:00 127 0

Gürcüstanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tanışlıq xarakteri daşıyan görüş zamanı tərəflər iki ölkə arasında dost və strateji tərəfdaşlıq əlaqələrinə fokuslanıblar.

Tərəflər regional təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.