İrandan gələn yük maşınları ilə bağlı


Digərləri 26 Yan 2021 16:17:00 144 0

İrandan gələn yük maşınları ilə bağlı

İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Gömrük Administrasiyasının beynəlxalq əməkdaşlıqlar idarəsinin baş direktoru Hüseyn Kaxəki deyib. Onun sözlərinə görə, bununla əlaqədar Tehranda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında razılaşma əldə olunub.

Kaxəki əlavə edib ki, bundan öncə koronavirus pandemiyası ilə əlaqədar məhsullar gömrükdə İranın yük maşınlarından boşaldılaraq Azərbaycanın yük maşınlarına yüklənirdi. Bu isə Astara gömrüyündə sıxlığın yaranması və yük maşınlarının ləngiməsi ilə nəticələnirdi.

Qeyd edək ki, 18 yanvarda İran paytaxtı Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib. İclasda bir sıra sahələr üzrə əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə sənəd imzalanıb.