Mətanət "Space"ə keçdi,


Şou-biznes 26 Yan 2021 15:09:00 159 0

Mətanət "Space"ə keçdi,

Aparıcı Mətanət Əliverdiyeva ATV kanalı ilə yollarını ayırıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bundan sonra "Space" telekanalında çalışacaq. M.Əliverdiyeva bu gün ilk efirinə çıxıb. O, həftəiçi beş gün "Hər səhər Mətanətlə" proqramına aparıcılıq edəcək.

Bu gün yayımlanan proqram isə hadisəsiz ötüşməyib. Belə ki, proqram zamanı aparıcı yıxılıb. Həmin an efirə qısa fasilə verilib.