"Dağıntılar altında qalanların olduğu ehtimalı var" FHN


Digərləri 26 Yan 2021 12:08:00 94 0

"Dağıntılar altında qalanların olduğu ehtimalı var"  FHN

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var.

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş verən ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov APA-ya açıqlamasında bildirib ki, hadisə yerinə 228 nəfər xüsusi tipli xilasetmə xidmətinin şəxsi heyəti, 19 texnika, 4 xüsusi təlim görmüş it cəlb olunub: "Dövlət Yanğından Mühafizə Xidmətinin isə 20 nəfər şəxsi heyəti dağıntı baş ərazidə xidmətini davam etdirir".

Sektor müdiri qeyd edib ki, dağıntılar altında qalanların olduğu ehtimal olunduğundan axtarışlar davam etdiriləcək.