Hindistanda "TikTok" qadağan olundu


Dünya 26 Yan 2021 11:45:00 114 0

Hindistanda "TikTok" qadağan olundu

Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyalar tətbiq edib və 59 tətbiqin ölkə ərazisində istifadəsini tamamilə qadağan edib.

Son.az Trend-ə istinadən bildirir ki, qadağan olunan tətbiqlər arasında "TikTok", "Baidu", "WeChat" kimi məşhur proqramlar da yer alıb.

Qeyd olunur ki, qadağaya səbəb həmin proqramların istifadəçilərin fərdi məlumatlarını toplaması və onları ölkə xaricində serverlərə ötürməsi ilə bağlı şikayətlər olub.

Ötən ilin iyununda da Hindistan hökuməti Çinin 100-ə yaxın tətbiqini bloklamışdı.