İstanbulun qurumaq təhlükəsi ilə üzləşən su hövzələrində sululuq səviyyəsi artıb


Dünya 25 Yan 2021 22:37:00 91 0

İstanbulun qurumaq təhlükəsi ilə üzləşən su hövzələrində sululuq səviyyəsi artıb

Son bir neçə gün ərzində davam edən yağıntılı hava şəraiti İstanbulu su ilə təmin edən və qurumaq təhlükəsi ilə üzləşən su hövzələri, eləcə də göllərində doluluq miqdarının 32,78 faizədək artmasına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İstanbulun Su və Kanalizasiya İdarəsindən (İSKİ) bildirilib.

İSKİ tərəfindən aparılan hesablamalara əsasən, yanvarın 8-də bu rəqəm 19,16 faiz təşkil edirdi. Ən çox artım isə 54,03 faizlə ölkənin Istranca bölgəsində qeydə alınıb.

İstanbulu su ilə təmin edən hövzələrin maksimum yığım həcmi 868 milyon 683 min kubmetrdir. Lakin buna baxmayaraq, hazırda bu hövzələrdə su miqdarı 285 milyon kubmetrdir. İstanbulda gündəlik orta hesabla 2,8 milyon kubmetr su istifadə edilir. Hövzələrdəki su miqdarı bölgələrə görə dəyişir.