Koronavirus keçirənlərin bədənində müxtəlif ağrılar qalır Səbəbi


Digərləri 25 Yan 2021 22:07:00 130 0

Koronavirus keçirənlərin bədənində müxtəlif ağrılar qalır  Səbəbi

Koronavirusa yoluxma sonradan bədəndə gəzən ağrılar yaradır.

Son.az xəbər verir ki, rusiyalı həkim immunoloq Vladimir Bolibok bədənin müxtəlif hissələrində güclü ağrıların ola biləcəyini bildirib.

Həkim deyib ki, bədənə daxil olan virus ən zəif nöqtələrdən zərbəni vurur və orda çox qalır.

Ağrı hissi hələ pandemiyaya qədər insanın orqanizmində problem olan hissələrdə daha çox olur.

"Bir xəstədə ağrı kürəyin aşağısında idi. Əvvəllər o sidik kisəsi və pielonefrit xəstəliyindən müalicə alıb.

Koronavirus da məhz həmin hissədən vurub".

Koronavirus burun-ağızdan qan dövranına düşür və ordan bütün orqan, toxumalara keçir.