Koronavirusun qurbanı olan məşhurlar


Digərləri 25 Yan 2021 15:29:00 128 0

Koronavirusun qurbanı olan məşhurlar

Artıq bir ildən çoxdur ki, dünya Covid-19 infeksiyası ilə mübarizə aparır. Hər gün minlərlə insanı öldürən virus tanınmışlardan da yan keçməyib.

Son.az axşam.az-a istinadən koronovirusun qurbanı olan məşhurları təqdim edir:

Ötən il dekabrın 22-də Xalq artisti Sabir Əliyev 72 yaşında vəfat edib. Müğənni koronovirus infeksiyasına yoluxub. uzun müddət xəstəxanada müalicə olunmasına baxmayaraq, həkimlər onu xilas edə bilməyiblər.

AzTV-nin kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19 infeksiyasından dünyasını dəyişib.

Ötən ilin iyununda Xalq artisti Teymur Mustafayev vəfat edib. Müğənninin koronavirusa yoluxduğu ortaya çıxıb. Xəstəxanaya yerləşdirilən T.Mustafayevi xilas etmək mümkün olmayıb.