Souza yenidən Portuqaliya Prezidenti seçildi


Dünya 25 Yan 2021 15:11:00 99 0

Souza yenidən Portuqaliya Prezidenti seçildi

Portuqaliyada ötən gün keçirilən Prezident seçkilərində hazırkı dövlət başçısı Marselo Rebelo de Souza əhəmiyyətli bir fərqlə qalib gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, səslərin 99% -i sayıldıqdan sonra 72 yaşlı sağ-mərkəzçi de Souza səslərin 61% -ni toplayıb. Bununla De Souza ötən seçkilərlə müqayisədə daha çox səs toplaya bilib.

Sosialistlərin namizədi Ana Qomeş 12,7 faiz səslə ikinci, "Chega!" partiyasının namizədi Andre Ventura isə 11,9% səslə üçüncü yerdə qərarlaşıb.

Seçici fəallığının 40% olduğu və bu qədər aşağı iştirakçılığın pandemiya ilə əlaqəli olduğu bildirilib.