Ov mövsümü açıldı Bir neçə quşun ovlanmasına icazə verilir VİDEO


Digərləri 25 Yan 2021 12:48:00 74 0

Ov mövsümü açıldı  Bir neçə quşun ovlanmasına icazə verilir  VİDEO

Yanvarın 22-dən etibarən ov mövsümü açıq elan edilib və fevralın 28-dək davam edəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, mövsümə start verilsə də, istənilən heyvanı ovlamaq olmaz.

Arzu Səmədovanın sözlərinə görə, yalnız ovçuluq təsərrüfatlarında və ov üçün ayrılmış yerlərdə bu fəaliyyəti həyata keçirmək olar. Bundan başqa, verilmiş lisenziyada növü qeyd edilmiş quş və ya heyvandan başqasını ovlamaq qadağandır.

Ov müddəti bitən, eləcə də "Qırmızı kitab"a düşən heyvanların ovlanması məsuliyyət yaradır. Əgər bu heyvanlar xüsusi mühafizə olunan təbiət ərazisindədirsə, cərimənin məbləği 3 dəfə artıq olur.

Arzu Səmədova vurğulayıb ki, ovçuların özlərində də ictimai qınaq olmalı və yoldaşlarını "Qırmızı kitab"a düşmüş heyvanları ovlamaqdan çəkindirməlidir. Bundan başqa, balası olan heyvanların ovlanması qanunla qadağan edilməsə də, belə heyvanlara atəş açmaq doğru hesab edilmir.