“Subaru” avtomobil istehsalını azaldacaq


Digərləri 24 Yan 2021 21:20:00 113 2

“Subaru” avtomobil istehsalını azaldacaq

Yaponiyanın avtomobil istehsalçısı olan "Subaru" korporasiyası yarımkeçiricilərin çatışmazlığı səbəbi ilə ölkədəki fabriklərindən birində, eləcə də ABŞ-ın İndiana ştatındakı müəssisəsində istehsalını azaltmağa qərar verib.

"Kyodo" agentliyi xəbər verir ki, bu qərar azı yanvarın sonunadək qüvvədə olacaq.

Bundan əvvəl qlobal yarımkeçirici çatışmazlığı səbəbi ilə Yaponiyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor" Texasdakı zavodunda istehsalı azaltmağa başlayıb, "Honda Motor" və "Nissan Motor" müvafiq olaraq Yaponiyanın Mie və Kanaqava prefekturalarındakı müəssisələrdə avtomobil istehsalını azaldıb.

"Honda Motor" həmçinin Kanada, Çin və ABŞ-dakı müəssisələrində də istehsalın azaldılmasını nəzərdən keçirir.