O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi, “baş yaramaz” adını qazandı


Kriminal 24 Yan 2021 16:24:00 180 0

O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi, “baş yaramaz” adını qazandı

Son.az Kulis.az-a istinadən Azərbaycan kinosunda Göygöz kosa, Mazelli kimi obrazlarla məşhrulaşan rusiyalı aktyor Andrey Fayt haqqında maraqlı faktları təqdim edir.

Andrey Fayt demək olar ki, heç vaxt müsbət rol oynamayıb. O, sovet kinosunda ömrünün son günlərinə qədər çəkilən aktyor kimi yadda qalıb.

***

Andrey Fayt 1903-cü il, avqustun 29-da Nijni Novqorodda həkim ailəsində dünyaya gəlib. Atası "Xalq hərəkatı qrupu" təşkilatının rəhbəri olub. Eserlərin Kommunist Partiyasının üzvü kimi Çar hakimiyyətinə qarşı mübarizə apardığı üçün onu tez-tez həbs edərək dəfələrlə Sibirə sürgünə göndəriblər. Anası Anna Nikolayevna tibbi işçisi olsa da, ərinə fəal kömək edib.

O, Andreyə hamilə olanda da həyat yoldaşı sürgündə olub. Andreyin atası Narım dairəsinə sürgün olunduğu zaman öz pasiyentlərinin köməyi ilə Fransaya qaçır. Sonralar həyat yoldaşı iki oğlu ilə onun arxasınca gedir. Onlar bir neçə il Paris yaxınlığındakı rus koloniyasında yaşayırlar. Andrey orada liseyə gedir. Birinci Dünya müharibəsi başlayanda atası fransız ordusunun həkimi qismində könüllü kimi cəbhəyə yollanır. Anası isə uşaqlar ilə birgə Moskvaya qayıdır. Fevral inqilabından sonra isə Andreyin atası ailəsinin yanına dönür.

***

Fayt gimnaziyanı Rusiyada bitirir. Daha sonra Hava Donanması Mühəndisliyi İnstitutunda daxil olur. Ancaq o, dəqiq elmlərə nifrət hiss etdiyi üçün artistlik karyerasına görə institutu yarıda qoyur.

***

Fayt 1927-ci ildə Dövlət Kinematoqrafiya Texnikumunu bitirir. İlk dəfə Vladimir Qardinin "Göyərçinlərin malikanəsi" filmində Azanqulov roluna çəkilir.

O, özü kinoya kino sənətinə gəlişi ilə bağlı müsahibələrində deyir: "1922-ci ilin qışı idi. Mən bilirdim ki, Moskvada dünyada yeganə olan Kinematoqrafiya İnstitutu var. Üzümü qırxdım. Təmiz köynək geyindim və bu unikal institutun yerləşdiyi əraziyə getdim. Təsəvvür edin, ilin ortasında cavan bir oğlan instituta gəlir və tələbə olmaq arzusunu bildirir. İnstitutun rəhbəri onu imtahanlarla və auditoriya ilə təmin edir".

***

1925-ci ildə Andrey Fayta Serqey Eyzeyşteynin "Bronenoseç Patyomkin" filmində çəkilir. İnstitutu qurtarandan sonra Fayt kinoya müntəzəm çəkilir, hətta bəzən elə olur ki, bir ildə bir neçə filmə dəvət alır. Bunların çoxu epizodik rol olur, hətta bəzən titrlərdə belə onun adı çəkilmir.

Andrey Fayt Böyük Vətən Müharibəsində iştirak etməyib. 1941-ci ildə o, "Soyuzuşaqfilm" studiyası ilə birlikdə Stalinabada evakuasiya olunur. Orada "Meşə qardaşları", "Kartaşova müəllimə", "Dəmir mələk" filmlərində çəkilir. "Lermontov" filmindəki işini bitirir. "Mən evakuasiya həyatının ağırlığını hiss edirdim. Müharibə haqqında isə qəzetlərdən, fotolardan, hekayələrdən və filmlərin xronikalarından öyrənirdim" - deyə aktyor etiraf edirdi. Müharibədən sonra da aktyor kinoda, xüsusən, mənfi rollarda çəkilməyini davam etdirir.

*** Ona cəsarətli rollar verirlər. Düşmən obrazları oynayanda personajın xarakterinə məxsus ən xırda detalları, zahiri davranışları əks etdirən xüsusiyyətləri belə, tapıb üzə çıxarır, onları canlandırır. Tamaşaçını təkcə onlardan qorxmağa deyil, həmçinin nifrət etməyə, eyni zamanda, bu mənfiliyin təbiətini anlamağa məcbur edirdi. Oynadığı mənfi rollara görə, o, sovet ekranının "baş yaramaz"ı kimi tanınır. Aktyor əcnəbi agentlərdən, düşmən zabitlərdən tutmuş qəddar cadugərlərə qədər obrazları böyük məharətlə canlandırır.

***

Andrey Fayt kinoda 60-dan çox rol oynayıb. Enzeyşteynin, Protazanovun, Gerasimovun, Rommun filmlərində çəkilir. Onların hər biri ilə işləyərkən öyrənməkdən yorulmur. Böyük sənətkarların çəkiliş meydanında elədikləri hər şeyi acgözlüklə mənimsəyir.