Koronavirusun önəm vermədiyiniz 2 simptomu Təcrid lazımdır


Digərləri 22 Yan 2021 23:34:00 115 0

Koronavirusun önəm vermədiyiniz 2 simptomu  Təcrid lazımdır

Koronavirusun ikinci dağlasında, xüsusən Britaniyada yeni ştamm yayıldıqdan sonra yoluxanlar daha çox 2 yeni simptomu hiss ediblər.

Lakin buna önəm verməyərək, yoxlanmayıb, beləliklə daha çox insanı yoluxdurublar.

Son.az xəbər verir ki, Kroydon Universitetinin həkimi Lidiya Boatenq bu əlamətlərin adi baş və boğaz ağrısı olduğunu bildirib.

Məhz bu yüngül əlamətlərə insanlar fikir vermir və özlərinə də, yaxınlarına da təhlükə yaradır.

Eləcə də pasiyenlərin yarısı mialgiya - əzələ, vətər, damar, yumşaq toxuma, sümük ağrıları hiss edir. Ona görə də bədən və başda istənilən ağrılara qarşı ayıq olmalısız. /medicina.az