"İkinci maşınıma 15 min borcum var"


Şou-biznes 22 Yan 2021 14:39:00 117 0

"İkinci maşınıma 15 min borcum var"

"Evdə uşaqlarımı gəzdirmək üçün avtomobil almalı idim. Ayrı-ayrı dərslərə gedirlər. Onları aparmağa çatdırmırdım. Ehtiyac duyuldu ki, ikinci maşın olsun. Avtosalonun sahibindən xahiş etdim ki, ilkin ödəniş edim və qalanın sonra verim. Amma ödəyə bilmirəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Samirə Əliyeva "Onun sirri" proqramında deyib. Sənətçi bildirib ki, hazırda avtosalona 15 min borcu var:

"15 min borcum qaldı. İndi də ödəyə bilmirəm. Amma ödəyəcəm. Ədalət Şükürovdan xahiş etdim ki, zamin dursun. Ona böyük qardaş deyirəm. O da zamin durub".