"Boşanmısınızmı?" sualına Kamildən natamam cavab


Şou-biznes 22 Yan 2021 10:55:00 146 0

"Boşanmısınızmı?" sualına Kamildən natamam cavab

İdmançı Kamil Zeynallı lent.az saytının canlı yayımında qonaq olub.

Son.az xəbər verir ki, canlı yayım zamanı aparıcı Kamilə "Gülay Zeynallı ilə boşanmısınızmı?" sualını ünvanlayıb. O isə ailəsi ilə gündəmə gəlmək istəmədiyini bildirib:

"Mən ailə qurandan indiyə kimi başımdan söz-söhbətlər əskik olmayıb. Bu həyatda mən xoşbəxt olsam da olmasam da deməyəcəm. Mən insanların fikri ilə xoşbəxt olmamışam. Camaat özü bilər nə danışır. Mənə bu günkü gün canımın sağlamlığı lazımdır. Balamın sağlığı lazımdır. Mənə camaatın fikiri maraqlı deyil. Mən həyatıma davam edirəm. Allahımdan da narazı deyiləm. Hər şey qaydasındadır, hər şey yolunda özüm üçün irəliləyirəm. Mən nə hə deyirəm nə də yox. Həyatda özümə xoşbəxt olmağı arzu edirəm".