Filippin və İndoneziyada güclü zəlzələ olub


Dünya 21 Yan 2021 17:11:00 103 0

Filippin və İndoneziyada güclü zəlzələ olub

Filippində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Pundagitan şəhərindən 219 kilometr cənub-şərqdə qeydə alınıb.

Yeraltı təkanlar ölkənin iri şəhərlərindən olan Davaoda hiss olunub.

Eyni zamanda, İndoneziyada da 7,1 bal gücündə zəlzələ baş verib.

Hər iki ölkədə hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.

Son.az