Natali Delon vəfat etdi


Digərləri 21 Yan 2021 18:34:00 133 0

Natali Delon vəfat etdi

Dünyaca məşhur fransız aktrisa, aktyor Alen Delonun keçmiş xanımı Natali Delon (əsl adı Francine Canova - red.) dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 yaşlı film ulduzunun ölüm xəbərini oğlu Entoni Delon verib.

Fransa mətbuatı yazır ki, Natali Delon xərçəng xəstəliyindən həyatını itirib.