20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Siyasət 21 Yan 2021 18:29:00 58 0
Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsi barədə məlumatlar yapon dilində sosial media şəbəkələrində yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, 31 il əvvəl SSRİ rəhbərliyinin günahsız xalqımıza qarşı törətdiyi qanlı və dəhşətli cinayətin səbəb və məqsədləri barədə Yaponiya ictimaiyyətinə ətraflı məlumatlar təqdim edilib. Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin haqlı tələblər irəli sürən, demokratik yollarla azadlıq və müstəqilliyə nail olmaq istəyən xalqımızın iradəsini qırmağa çalışdığı, amma buna nail olmadığı bildirilib. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisələr vaxtı həyatını təhlükəyə ataraq, Azərbaycan SSR-nin Moskva şəhərindəki daimi nümayəndəliyinə gəldiyi, baş verən faciədə keçmiş SSRİ və Azərbaycan rəhbərliyinin günahkar olduğunu bəyan etdiyi nəzərə çatdırılıb.
Bildirilib ki, 20 Yanvar şəhidlərinin arzuları xalqımızın mərdliyi, apardığı mübarizə nəticəsində həyata keçib. "Azərbaycan nəinki müstəqil dövlətə çevrilib, həmçinin qəhrəman ordumuz Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı azad edib. Bu, şəhidlərimizin xatirəsinə ən layiqli hədiyyədir. Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq".
Məlumatda faciənin əks olunduğu fotolara geniş yer verilib.
Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın "Heç bir qız kas

Yanvarın 21-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2020-ci i

Məşhur "Instagram" platformasında yeni video yayılıb.

Azərbaycan və Türkmənistan arasında 21 yanvar 2021-ci il tarixində Xəzər

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə ərazisində koronavirus inf

Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə

Fransada fəaliyyət göstərən "Alim" Elmi Assosiasiyası və Fransa

Vətən müharibəsində ağır yaralanan Daxili İşlər Nazirliyi Daxili Qoşu

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə deputatlarn sualları

Xəzər dənizi sülh, dostluq, mehriban qonşuluq və əmkdaşlıq dənizidir.

Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyası

Azərbaycanla Türkmənistan arasında bu gün əldə olunan "Dostluq"
