Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb FOTO
Siyasət 21 Yan 2021 17:44:00 73 0
Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Bu xəbəri də oxu: London və Edinburqda "Xocalıya ədalət!" lövhələri quraşdırılıb FOTO
Səfirlikdən Son.az-a bildiriblər ki, tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Lətif Qəndilov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda başlamış mübarizə sonradan milli azadlıq hərəkatının əsasını qoyub. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına və Mixail Qorbaçovun qərəzli siyasətinə qarşı küçə və meydanlara çıxan dinc əhaliyə qanlı divan tutulub, xalqımızın azadlıq istəyini boğmağa cəhd ediblər. Yüzlərlə mülki şəxsin öldürülməsinə, yaralanmasına və həbs olunmasına baxmayaraq, xalqımızın azadlıq ruhunu sındıra bilməyiblər. 20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılmış qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Səfir bildirib ki, hadisələr baş verən vaxt Moskvada yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gələrək M.Qorbaçov rejiminin törətdiyi qanlı hadisələr barədə bəyanatla çıxış edib, bütün baş verən reallıqları dünya çatdırıb. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də məhz ulu öndər Heydər Əliyev tərəfindən verilib.
L.Qəndilovun sözlərinə görə, həmin dövrdə milli dövlətçiliyimizin olmaması hadisələrin əsas səbəbi olub və bu gün milli varlığın yeganə təminatçısı müstəqil dövlətimizin olmasıdır. Buna görə də ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsində olduğu kimi, müstəqil dövlətimiz və müdrik Prezidentimiz İlham Əliyevin ətrafında sıx və möhkəm birləşərək, dövlətimizə, vətənimizə və müstəqilliyimizə qarşı atılan bütün addımlara və təxribatlara qarşı milli birliyimizi nümayiş etdirməliyik.
Səfir Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, işğal altında olmuş torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və bu yolda canından keçmiş şəhidlərimizin ruhunun rahatlıq tapdığını vurğulayıb.
L.Qəndilov bildirib ki, tarixboyu Azərbaycan xalqı müxtəlif haqsızlıqlarla qarşılaşıb. Xalqımıza qarşı törədilmiş bu cinayətləri, yalnız milli hafizə və yaddaşımızda saxlamaqla gələcəkdə bu kimi hadisələrin qarşısını ala bilərik. Azərbaycan xalqı dövlətimizin müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq. 1990-cı ildə Qanlı Yanvarla başlayan hərəkat 2021-ci il 10 noyabrda müdrik Prezidentimizin rəhbərliyi ilə başa çataraq özünün məntiqi nəticəsini tapdı.
Tədbir çərçivəsində səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən stendlər təşkil edilib. Bununla yanaşı "belprauda.com" saytında səfirin "Азербайджан переживает годовщину кровавого января" başlıqlı yazısı dərc edilib, 20 Yanvar hadisələri ilə bağlı Ombudsmanın bəyanatı və səfirliyin press-relizi rus və ingilis dilində diplomatik korpus arasında yayılıb.
Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyası

Azərbaycanla Türkmənistan arasında bu gün əldə olunan "Dostluq"

Aktrisa Kristina Riççi həyat yoldaşı Ceyms Hirdecdən şiddət gördüyü

81 yaşlı britaniyalı qadın 36 yaşlı kişiylə ailə qurub.

Filippində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ baş verib.

Onillərdən bəri Xəzər dənizində Azərbaycanla Türkmənistan arasında an

"Pandemiyada uşaqlar üstümə düşüb. Hamı etiraz edir. Oğlum xalq t

Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzind

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiy

Amerikanın yeni Prezidenti Co Baydenin inauqurasiyasında dünyaca məşhur mü

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

Yarım illik qiymətlərindən narazı qalan şagirdlər apelyasiya müraciət e

Bütün dünyada panemiya ilə əlaqədar təhsilin səviyyəsi aşağı düşü

Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir.
