Daha bir düyün çözüldü
Siyasət 21 Yan 2021 16:50:00 65 0
Onillərdən bəri Xəzər dənizində Azərbaycanla Türkmənistan arasında anlaşılmazlıq və mübahisə mənbəyi olmuş, az qala "Qordi düyünü"nə çevrilmiş problem bu gün həll olundu.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev: "Bizdə olan məlumata görə, təqribən 67 min işğalçı məhv edilib"
Azərbaycan və Türkmənistanın dövlət başçıları İlham Əliyevlə Qurbanqulu Berdıməhəmmədov Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunu razılaşdırdılar.
Sənədin imzalanma mərasimi Türkmənistanın paytaxtı Aşqabadda keçirilib və memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov imzalayıb.
Beləliklə, ölkələrimiz arasındakı münasibətlərin tarixində yeni, hər hansı pafosdan uzaq olaraq möhtəşəm kəlməsi ilə dəyərləndirilə biləcək mərhələ başlanır.
"Dostluq" Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən nəhəng neft-qaz yatağıdır.
Biz bu yatağa "Kəpəz" deyirik, türkmənlərsə "Sərdar" adlandırırlar.
Yatağın birgə istismarı ilə bağlı danışıqlar əvvəllər də aparılıb. Lakin indi dövlətlərimizin maraqları və əməkdaşlıq niyyəti imzalanmış sənəddə əks olundu.
"Kəpəz" yatağının çıxarıla biləcək ehtiyatları 50 milyon ton neft təşkil edir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. Sovet vaxtı bu yataq Azərbaycanla Türkmənistan sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe" ("Aralıq") adlanırdı. Bu yatağın istismarına ABŞ-ın "Chevron" və Almaniyanın "Wintershall" şirkətləri maraq göstərirdilər.
Xəzərin hüquqi statusu Sovet dönəmində 1921 və 1940-cı il SSRİ-İran razılaşmalarına əsaslanırdı. Keçmiş hüquqi rejimdə perspektivli neft qaz strukturlarının xəzəryanı ölkələr arasında bölünməsi mexanizminin olmaması beş ölkə arasında (Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxstan, İran) konsensus əsasında Xəzərin yeni statusunun müəyyən olunması vacibliyinə gətirib çıxartdı.
Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq, iki ölkə arasında ciddi bir anlaşılmazlıq da vardı. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi "orta xəttin çəkilməsi" mərhələsində ortaya çıxırdı. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Bakı ilə özü arasında orta xəttin çəkilməsi zamanı yarımadanın nəzərə alınmamasının lazım olduğunu bildirirdi. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə "Kəpəz" və "Azəri-çıraq" yataqları mübahisəli hesab olunurdu.
Bu yataq Sovet dövründə Azərbaycan neftçilərinin kəşfiyyat quyusu qazaraq neft həcmləri aşkar etdikləri sonuncu yataqdır. Burada qazma işləri 1989-cu ildə aparılıb. Müstəqillik illərində bu yatağın işlənməsi Azərbaycan və Türkmənistan arasında mübahisəli məsələ kimi gündəmə daxil olub, çünki dənizin sektoral bölünməsi zamanı yataq hər iki dövlətin sərhədlərinə düşürdü və rəsmi Bakının yatağı birgə işləmək təklifləri uzun illər Aşqabad tərəfindən cavabsız qalmışdı. Yataqda həm neft layları, həm də qaz layları mövcuddur. Yatağın neft ehtiyatlarının həcmi 50 milyon tona yaxındır. Qaz laylarında isə 100 milyard kub metrə qədər qazın olduğu təxmin edilir.
Lakin yatağın ehtiyatları ilə bağlı rəqəmlər təbii ki, yenilənməlidir. "Dostluq" yatağının istismarı ilə bağlı texniki, kommersiya və s. səciyyəli məsələlər Bakı-Aşqabad əməkdaşlığı çərçivəsində həll edilməlidir.
Memorandum bu istiqamətdə ilk addım, yeni zamanda qonşu Türkmənistanla münasibətlərin inkişaf tarixində tam yeni mərhələdir.
Türkmənistan bizə etnik və konfessional baxımdan qardaş ölkədir. Dövlətlərimiz arasında da neft-qaz sənayesi sahəsində əməkdaşlığın çox böyük potenqsialı var.
Yatağın "Dostluq" adlandırılması təsadüfi deyil.
Azərbaycanın Xəzərdə müvafiq infrastrukturu və boru kəmərləri kommunikasiyaları, bölgəni Avropa və dünyanın müxtəlif yerləri ilə bağlayan qaz boru kəmərləri var.
Bütün bunlar "Dostluq"da hasil ediləcək neftlə təbii qazı dünya bazarlarına çıxarmaq üçün gərəkən vəsait qoyuluşuna qənaət etməyə imkan verəcək.
1989-cu ildə aşkarlanmış yataq Azərbaycanın hazırda istifadə etdiyi qaz boru kəmərləri marşrutlarına Türkmənistanın qatılmasına şərait yaratmaqla yanaşı, bundan sonra istifadəyə veriləcək boru kəmərləri vasitəsilə Avropaya türkmən qazını da çıxarmağa səbatlı müstəvinin formalaşması deməkdir.
2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi sayıla bilər.
Azərbaycanla Türkmənistan yeni layihəyə başlayır.
Layihə Xəzəryanı bölgənin simasını dəyişə bilər.
Elçin Alıoğlu Son.az
"Pandemiyada uşaqlar üstümə düşüb. Hamı etiraz edir. Oğlum xalq t

Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzind

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiy

Amerikanın yeni Prezidenti Co Baydenin inauqurasiyasında dünyaca məşhur mü

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

Yarım illik qiymətlərindən narazı qalan şagirdlər apelyasiya müraciət e

Bütün dünyada panemiya ilə əlaqədar təhsilin səviyyəsi aşağı düşü

Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir.

Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticəl

Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsin

İnstaqram sosial şəbəkəsinin baş icraçı direktoru Adam Mosseri "Tik

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda y

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq
