Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Siyasət 21 Yan 2021 16:20:00 55 0
Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: "Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir"
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 21-də "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq".
Son.az
İnstaqram sosial şəbəkəsinin baş icraçı direktoru Adam Mosseri "Tik

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda y

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq

2020-ci ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 12,26 milyard

Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da

2020-ci ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq ü

Artıq 1 ilə yaxındır ki, pandemiya səbəbindən yaşam tərzimiz dəyişib.

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən 1998-ci il

"YAŞAT" Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin

ARB TV-nin "Heç vaxt Heç yerdə" verlişinin qonağı teleaparıc

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y
