Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Siyasət 21 Yan 2021 16:22:00 63 0
Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 21-də "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq.
Sizin dediyiniz regional əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib".
Son.az
Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsin

İnstaqram sosial şəbəkəsinin baş icraçı direktoru Adam Mosseri "Tik

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda y

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq

2020-ci ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 12,26 milyard

Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da

2020-ci ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq ü

Artıq 1 ilə yaxındır ki, pandemiya səbəbindən yaşam tərzimiz dəyişib.

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən 1998-ci il

"YAŞAT" Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin

ARB TV-nin "Heç vaxt Heç yerdə" verlişinin qonağı teleaparıc

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
