Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Siyasət 21 Yan 2021 16:25:00 50 0
Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 21-də "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli Qurbanqulu Məlikquluyeviç, əlbəttə, Sizin müdrik rəhbərliyinizlə Türkmənistanın durmadan inkişaf etməsini xüsusi qeyd etmək istərdim. Siz öz ölkənizi inamla inkişaf, sosial həyatın ən mühüm məsələlərinin həlli, dövlətinizin sərhədləri ilə məhdudlaşmayan infrastruktur layihələrinin həyata keçirilməsi yolu ilə irəli aparırsınız. Həmhüdud dövlətlərdə də Sizin investisiya siyasətiniz barədə bilirəm. Bunsuz Lapis-Lazuli layihəsini bu gün reallaşdırmaq mümkün olmazdı. Mən bilmirəm, bəlkə də çoxları bilmir ki, bu gün Əfqanıstandan yüklərin Türkmənistana, Azərbaycana və daha sonra digər ölkələrə çatdırılmasını təmin edən dəmir yolu məhz Türkmənistanın qonşu Əfqanıstanda investisiyalara dair müdrik siyasəti nəticəsində inşa edilib. Buna görə də bu gün qeyd etmək istərdim ki, məhz region ölkələri ilə əməkdaşlığa bizim ümumi yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır.
Siz qeyd etdiyiniz kimi, Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Fürsətdən istifadə edib Sizdən xahiş etmək istərdim ki, qardaş Türkmənistan xalqına ən xoş arzularımı, firavanlıq, inkişaf, sülh və rifah diləklərimi çatdırasınız".
Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticəl

Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsin

İnstaqram sosial şəbəkəsinin baş icraçı direktoru Adam Mosseri "Tik

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda y

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq

2020-ci ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 12,26 milyard

Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da

2020-ci ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq ü

Artıq 1 ilə yaxındır ki, pandemiya səbəbindən yaşam tərzimiz dəyişib.

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən 1998-ci il

"YAŞAT" Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin

ARB TV-nin "Heç vaxt Heç yerdə" verlişinin qonağı teleaparıc
