Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Siyasət 21 Yan 2021 16:15:00 43 0
Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır.
Bu xəbəri də oxu: Xocalı soyqırımının 29cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 21-də "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlıTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Təəssüf edirəm ki, bu gün qardaş Türkmənistanda keçirilən mərasimdə iştirak edə bilmədim, lakin aydındır ki, pandemiya səbəbindən bu, hələ mümkün deyil. Bununla belə, bu gün biz videokonfrans formatında yenidən görüşmək, mühüm məsələləri müzakirə etmək, bizim qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu əks etdirən əlamətdar sənədin imzalanmasında iştirak etmək imkanına malikik. Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bugünkü sənədin imzalanması mümkün olmazdı.
Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizinlə birlikdə səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz Prezidentlərin onlara göstərdiyi kimi - əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək".
Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda y

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq

2020-ci ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 12,26 milyard

Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da

2020-ci ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq ü

Artıq 1 ilə yaxındır ki, pandemiya səbəbindən yaşam tərzimiz dəyişib.

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən 1998-ci il

"YAŞAT" Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin

ARB TV-nin "Heç vaxt Heç yerdə" verlişinin qonağı teleaparıc

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa

Paytaxtda insanları elan saytları vasitəsilə aldadaraq pullarını mənimsə
