"Tiktok" İnstaqramdan öndədir


Digərləri 21 Yan 2021 16:19:00 145 0

"Tiktok" İnstaqramdan öndədir

İnstaqram sosial şəbəkəsinin baş icraçı direktoru Adam Mosseri "Tik-tok"la bağlı maraqlı açıqlama verib.

Son.az axşam.az-a istinadən bildirir ki, Adam müsahibələrindən birində, hər iki sosial şəbəkəni müqayisə edərək "Tik-tok"un qısa video formatına görə İnstaqramdan üstün olduğunu deyib.

Mosseri bildirib ki, İnstaqramın məhs "Tik-Tok"dan ilhamlanaraq "Reels" qısa müddətli video xidmətini təqdim etməsi də istifadəçiləri kifayət qədər qane etməyib.

Qeyd edək ki, İnstaqram "Tik-Tok"un rəqibi "Reels"i ötən ilin avqustunda istifadəçilərin ixtiyarına verib.