"Dostluq" yatağı ilə bağlı memorandum AzərbaycanTürkmənistan münasibətlərində yeni səhifədir SOCAR


Digərləri 21 Yan 2021 14:21:00 103 0

"Dostluq" yatağı ilə bağlı memorandum AzərbaycanTürkmənistan münasibətlərində yeni səhifədir  SOCAR

"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, "Dostluq" Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən yatağın yeni adıdır:

"Azərbaycanda bu yataq əvvəllər "Kəpəz", Türkmənistanda isə "Sərdar" adlanırdı. Yatağın birgə işlənməsi ilə bağlı danışıqlar əvvəllər aparılıb. İndi isə bu, iki ölkənin nümayəndələrinin imzaladığı memorandum formasında öz əksini tapıb".

İ.Əhmədov bildirib ki, sovet dövründə azərbaycanlı mütəxəssislər burada kəşfiyyat işləri aparıb:

"Bu, neft-qaz yatağıdır, yatağın təxmin olunan ehtiyatı onu "Qarabağ" kimi yataqlarla eyni sıraya qoymağa imkan verir. Ehtiyatlar müasir seysmik kəşfiyyat üsulları ilə dəqiqləşdiriləcək. Memorandum yatağın birgə işlənməsi yolunda atılan ilk addımdır. Bu, həm də Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir. Bu baxımdan birgə layihənin yeni adı - "Dostluq" rəmzi xarakter daşıyır".