Türk ordusu daha 3 terrorçunu zərərsizləşdirdi


Dünya 21 Yan 2021 14:59:00 136 0

Türk ordusu daha 3 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu  Tel Rıfat bölgəsindən Fərat Qalxanı ərazisinə hücum etmək istəyən 3 PKK / YPG terrorçusu zərərsizləşdirib.

Son.az unikal.org-a istinadən bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin "Twitter" hesabında edilən açıqlamada, "Tel Rıfat bölgəsindən atəş açaraq Fərat Qalxanı bölgəsinə hücum etməyə cəhd göstərən 3 PKK / YPG terrorçusunun Qəhrəman Komandolarımızın cavabı ilə zərərsizləşdirildiyi", qeyd edilib.