"Virusa karqodan yoluxdum”


Digərləri 21 Yan 2021 14:49:00 121 0

"Virusa karqodan yoluxdum”

Aktrisa Başak Sayan koronavirusa yoluxmamaq üçün ailəsi ilə birlikdə Şilədə yaşayırdı.

Son.az axşam.az-a istinadən bildirir ki, şəhər mühitindən uzaqlaşaraq özünü izolyasiya edən Sayan 10 gün əvvəl virusa yoluxduğunu, hazırda isə sağaldığını açıqlayıb:

"Əvvəl virusa yoluxduğumu anlamadım. Daha sonra simptomları ortaya çıxdı və yoluxduğumu gördüm. Test etdirdim pozitiv çıxdı. Demək olar ki, evdən çıxmırdım. Sadəcə, həftədə bir dəfə alış-verişə gedirdim. Hərdən də evə karqo gəlirdi. Virusa karqodan yoluxdum".