Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib
Siyasət 21 Yan 2021 13:44:00 43 0
Benilüks Azərbaycanlıları Konqresi (BAK) 20 Yanvar faciəsinin araşdırılması üçün Niderland Parlamentinin deputatlarına müraciət edib.
Bu xəbəri də oxu: Müharibə bitməyib, ordumuz isə... –
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, BAK-ın sədri Elsevər Məmmədovun imzası ilə deputatlara ünvanlanan məktubda M.Qorbaçovun göstərişi ilə tərkibində ermənilərin də olduğu sovet qoşun hissələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bu qanlı qırğın Azərbaycanın suverenliyinin və beynəlxalq konvensiyaların kobudcasına pozulması kimi qiymətləndirilir. Əslində SSRİ rəhbərliyinin məqsədi Azərbaycan xalqının demokratik və milli azadlıqlarını boğmaq olub.
Bildirilib ki, hadisələrdən 31 il keçməsinə baxmayaraq, xalqımız həmin dəhşətli günləri unuda bilmir: "O zaman SSRİ liderləri, o cümlədən bu əmri imzalamış Mixail Qorbaçov məsuliyyətə cəlb olunmadılar, 20 Yanvar hadisələri isə beynəlxalq hüquqa uyğun olaraq qiymətləndirilmədi".
Məktubun sonunda Niderlanddakı 30 minlik azərbaycanlı icmasının adından deputatlara müraciət olunub: "Biz beynəlxalq hüquq normalarının pozulmasının araşdırılmasını və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını istəyirik. Sonra isə beynəlxalq məhkəmə Azərbaycan xalqı və zərərçəkənlər adından qərar qəbul edə bilər".
Sadır Japarovun erkən prezident seçkilərində qazandığı qələbədən son

Rusiyanın Çita şəhərində hərbi məhkəmə əsgər yoldaşlarını qətlə

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı ifaçı

Sumqayıt Dövlət Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə xitabən

"Sabah çox vacib gündür. Azərbaycanın ümumtəhsil məktəblərində t

"Sihirli annem" serialında Tuğçe obrazı ilə məşhurlaşan aktris

İşğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, f

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "A

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hava şəraiti ilə əlaqədar dəni

Azərbaycanda şəhid aillələrinin üzvlərinə yeni imkanlar yaradılır.

Metronun "Elmlər Akademiyası" stansiyasında bərpa işləri aparıl

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1137 yoluxma

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət apa
