Bağdadda partlayış törədilib


Dünya 21 Yan 2021 14:24:00 144 0

Bağdadda partlayış törədilib

İraqın paytaxtı Bağdadda partlayış törədilib.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin mərkəzi hissəsində baş vermiş hadisə nəticəsində azı 12 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb.

İlkin məlumatlara əsasən, partlayış intiharçı terrorçu tərəfindən törədilib.

Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.