İranda sərnişin təyyarəsi təcili eniş edib


Dünya 21 Yan 2021 13:12:00 156 0

İranda sərnişin təyyarəsi təcili eniş edib

İranda sərnişin təyyarəsi təcili eniş edib.

Son.az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 07:47 radələrində Tehran şəhərindən Pakistanın Kəraçi şəhərinə uçan təyyarə İranın Zahidan şəhərində təcili eniş edib.

Təyyarənin təcili eniş etməsinə səbəb Kəraçi hava limanında dumana görə eniş etməyin mümkün olmaması göstərilib.

Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb.

Təyyarə eniş etdikdən 2 saat sonra yanacaq dolduraraq yenidən Kəraçi istiqamətinə uçub.