Qırğızıstan hökuməti istefaya getdi
Dünya 21 Yan 2021 13:39:00 121 0
Sadır Japarovun erkən prezident seçkilərində qazandığı qələbədən sonra onun rəhbərlik etdiyi Qırğızıstan hökuməti istefaya gedib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Qırğızıstan dövlət başçısının Mətbuat xidmətinə istinadən məlumat verib.
"Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Parlamentin sədri Talant Mamıtov Qırğızıstan Respublikası Baş Naziri və Qırğız Respublikası Hökumətinin səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb",- deyə açıqlamada qeyd olunub.
Mənbə: milli.az